Türkiyədə bir kişi ov tüfəngi ilə qonşusu olan evli cütlüyü vurduqdan sonra eyni silahla intihar edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qan donduran hadisə ilə bağlı danışanlar qonşuların illərdir bir-biri ilə problemi olduğunu bildirib.
Beləki, Lütfü Topçu (68) davamlı mübahisə etdiyi qonşusu İbrahim Bartan və həyat yoldaşı Nazik Bartanı (68) ov tüfəngi ilə öldürüb. Daha sonra öz bağına gedən Topçu eyni silahla özünə atəş açaraq intihar edib. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Hadisə ilə bağlı danışan kənd dərnəyinin rəhbəri Əli Səid Kaymak bildirib ki, bir-birləri ilə qonşu idilər, amma xırda məsələlərə görə daim mübahisə edirdilər:
“Davamlı olaraq bir-birlərindən şikayət edirdilər. Onları hər dəfə görəndə xəbərdarlıq edirdim ki, belə davranmasınlar. 3-4 ildir bir-biri ilə mübahisə edirdilər.Dünən İbrahim evinin qarşısında traktorunun təkərdlərini dəyişirmiş. Bu zaman Lütfü əlindəki tüfənglə çox yaxın məsafədən İbrahimi arxadan vurdu. Sonra İbrahimin arvadını vuraraq öldürüb. Sonra öz sinəsindən vuraraq həyatına son qoyub. Ani bir hadisə olub. Hamısını tanıyırdım. Xırda məsələlərə görə həmişə dalaşırdılar”.
Aygün
Manşet.az