Çin hökumət işçilərinə iPhone-u qadağan etdi

16:13 - 06 Sentyabr 2023

Çin hökumət işçilərinə iPhone-u qadağan etdi

Çin hökumət qurumlarına “Apple” şirkətinin “iPhone” və digər xarici brend cihazlarından biznes məqsədləri üçün istifadə etməyi və bu cihazları ofisə gətirməyi qadağan edib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən göstəriş ötən həftələrdə yüksək səviyyəli rəhbərlər tərəfindən işçilərə verilib. 

Hesabatda Apple-dan başqa digər telefon istehsalçılarının adları yer almayıb. Qadağa qərarı Apple-ın gələn həftə iPhone-ların yeni modellərinin təqdim ediləcəyindən əvvəl qəbul edilib.

Bu qərar ABŞ və Çin arasında gərginliyin artması səbəbindən Çində fəaliyyət göstərən xarici şirkətləri narahat edə bilər.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az