ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın Çinin Şanxay şəhərindəki fabriki 2 milyon avtomobil ilə avtomobil istehsal həddini keçib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şirkət fabrikdə istehsal edilən 2 milyonuncu avtomobili bu gün bantdan çıxarıldığını açıqlayıb.
Ötən il zavod 450 mindən çox “Model Y” və 250 mindən çox “Model 3” elektromobil istehsal edib.
Qeyd edək ki, Şanxay fabriki şirkətin ABŞ-dan kənarda yerləşən ən böyük istehsal müəssisəsidir. Burada istehsal olunan avtomobillər Çindən kənarda Asiya Sakit Okean, Avropa və ABŞ-a ixrac olunur. Sənaye zəncirində yüzdə 95 yerli nisbətə sahib olan fabrikdə çalışanların 99 faizi Çin vətəndaşlarıdır.
Aygün
Manşet.az