Türkiyədə zəlzələ bölgəsində qəzalı binaların sökülməsi davam edir.
Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, Kahramanmaraşda Yeşilyurt rayonunun Bostanbaşı məhəlləsində zəlzələlərdə böyük ziyan görən 2 ədəd 12 mərtəbəli binanın dağıdılmasında partlayıcıdan istifadə edilib.
Mütəxəssis qruplar tərəfindən təhlükəsizlik tədbirlərinin görüldüyü binalar 214 kiloqram partlayıcı və 2600 kapsul istifadə edilərək dağıdılıb.
Jalə
Manşet.az