ABŞ-ın Alyaska sahillərində dənizin dibində aşkar edilən çuxurlu, dəri toxuması qədər zərif, sirli qızıl əşya tədqiqatçıları çaşdırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər obyektin tam olaraq nə olduğundan əmin deyillər, lakin onlar bunun yumurta qabığının və ya dəniz süngərinin qalıqları ola biləcəyini düşünürlər.
Tapılan sirli əşyanı su üznə çıxarmaq üçün uzaqdan idarə olunan qoldan istifadə edilib.
Mütəxəssislər, ön tərəfdəki açıq dəliyin nədən qaynaqlandığına dair bir qərar verməyiblər. Lakin bunun başqa bir dəniz canlısı ilə mübahisənin nəticəsi olduğu düşünülür.
Aygün
Manşet.az