Mauro İkardi dünyanın ən bahalı avtomobilini aldı

12:51 - 07 Sentyabr 2023

Mauro İkardi dünyanın ən bahalı avtomobilini aldı

"Qalatasaray"ın futbolçusu Mauro İkardi dünyanın ən bahalı avtomobili Rolls-Royce Boat Tail-i alıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 30 milyon dollar dəyərində "Rolls Royce Boat Tail"dən cəmi 3 ədəd hazırlanıb. Lüks avtomobilin digər iki sahibi adı anonim olan iş adamı və ulduz cütlük Cey-Zi və Beyonsdur.

Beləki, Rolls-Royce Boat Tail xüsusi sifarişlə istehsal olunur. Hazırlanması dörd il çəkmiş lüks avtomobilin tərkibinə ümumilikdə 1813 hissə daxildir. 5.8 metr uzunluğunda olan avtomobildə Christofle markasının gümüş qabları, çini boşqabları, fırlanan kokteyl masaları, stullar və hətta özü açılan çətir və bir çox digər avtomatik funksiyaları var.

Qeyd edək ki, 2022/23 mövsümündə Mauro İkardi PSJ-dən icarə əsasında "Qalatasaray"da çıxış edib, 2023-cü ilin iyulunda Türkiyə klubu argentinalı hücumçunu Paris təmsilçisindən alıb. O, İstanbul klubunun heyətində 33 oyunda 30 qol vurub, 9 qolun ötürməsini verib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az