Polşa baş naziri çıxışında Rusiyanı hədəf aldı

15:49 - 07 Sentyabr 2023

Polşa baş naziri çıxışında Rusiyanı hədəf aldı

Polşa Baş naziri Mateuş Moravietski Kielce şəhərindəki çıxışında Rusiyanı hədəfə alıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moravietski polşalıların özlərini təhlükəsiz hiss etmələri lazım olduğunu vurğulayıb.

Baş nazir Rusiyanın dağılmış imperiyasını yenidən qurmağı planlaşdırdığını iddia edib:

"Kreml təbliğatçıları Rusiyanın Polşaya qarşı düşmənçilik niyyətlərini gizlətmirlər. İlk növbədə ordunun müasir silahlanmasına diqqət yetirməliyik. Ölkənin hər qarış torpağını müdafiə edəcəyik. Bunu dünya tarixinin ən güclü hərbi ittifaqı olan NATO ilə edəcəyik. Bunu Polşa ordusunu və silah sənayesi genişləndirərək edəcəyik. Biz bunu müttəfiqlərimizlə əməkdaşlıqda edəcəyik”.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az