Məcburi cinsi təhsil mübahisələrə səbəb oldu

16:39 - 07 Sentyabr 2023

Məcburi cinsi təhsil mübahisələrə səbəb oldu

Belçikada məcburi cinsi təhsil ölkənin müsəlman icması və mühafizəkar xristianlar arasında mübahisələrə səbəb olub.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, hökumətin ibtidai məktəbin 4-cü və 6-cı siniflərində başlaması planlaşdırdığı cinsi təhsilin ailələrə lazımi məsləhət və dəstəyin verilməməsi, proqramın məzmununun ailələrə və müəllimlərə açıqlanmaması, dini azadlıqların pozulması kimi tənqidlərə məruz qalıb.

Belçikanın təhsil naziri Karolin Desir ailələrin narahatlığını anladığını, lakin bu təhsilin uşaqların özlərini və bədənlərini tanıması, cinsi həyatla bağlı düzgün qərarlar qəbul etməsi və cinsi istismardan qorunmaları üçün zəruri olduğunu bildirib.

Nazir qeyd edib ki, biz cinsi oriyentasiyaları və ya cinsi kimlikləri müdafiə etməyəcəyik. Biz cinsi təcrübələr haqqında mühazirələr verməyəcəyik. Ailələrin bu məsələlərdən narahat olması qəbuledilməzdir.

Belçikadakı müsəlman icmasını təmsil edən təşkilatlar hökumətin bu qərarının ailənin ümumbəşəri və toxunulmaz dəyərlərinə zidd olduğunu iddia edib.

Bildirilib ki, bu proqram gənc və kiçik uşaqlara çatdıracağı mesajlarla bağlı böyük narahatlıq doğurur. Biz həmçinin narahatıq ki, EVRAS proqramı dini azadlıqları və valideynlərin övladlarının öz inanclarına uyğun təhsil almaq hüququnu poza bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az