"Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz"
Manset.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
Emmanuel Makron "L'Equipe" qəzetinə verdiyi açıqlamada 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı qiymətləndirmələr edib Makron iddia edib ki, Rusiyanın “müharibə cinayətləri törətdiyi bir vaxtda 2024-cü il Olimpiadasında yeri yoxdur”.
Makron bəyan edib ki, rusiyalı idmançıların olimpiya oyunlarında fərdi qaydada iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.
Emmanuel Makron həmçinin bildirb ki, “Olimpiya dünyasının həll etməli olduğu əsas məsələ, bəzən ömürlük hazırlaşan və bu rejimin qurbanına çevrilə bilən bu rusiyalı idmançıları hansı yeri verəcəyidir".
Jalə
Manşet.az