Terror hazırlığında olan 5 terrorçu yaxalandı - VİDEO

10:59 - 08 Sentyabr 2023

Terror hazırlığında olan 5 terrorçu yaxalandı - VİDEO

Türkiyə Respublikasının daxili işlər naziri Əli Yerlikaya Diyarbəkirdə terror aktı hazırlığında olan 5 terrorçunun tutulduğunu bildirib.

 

 

Manset.az xarci mediaya istinadən xəbər verir ki, nazir bu barədə sosial media hesabında məlumat verib. Paylaşımda əməliyyatdan görüntülər də yer alıb.

Terrorçuların yaşayış yerlərində aparılan araşdırma zamanı onların axtarışda olduqları təsbit edilib. Bundan başqa evdən PETN partlayıcı maddə, A4 partlayıcı, raket başlığı ilə multimetr, saat açar sistemi, partlayıcı dövrə sistemi, vaxtlı partlayıcı və tapança tapılıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az