İngiltərənin şərqindəki Linkolnşir əyalətində kafeyə gedən şəxs yerdə hərəkətsiz uzanan insanları görüb və polisə zəng edərək kütləvi qətl hadisəsi barədə məlumat verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis hadisə yerinə gələndə yerdə uzanan insanların yoqa dərsləri aldıqları məlum olub.
Kafe müdirləri və yoqa sinifi gözlənilməz polis basqını görüb təəccübləniblər. Vəziyyəti anlayan polislər xəbərin əsassız olduğunu anlayanda rahat nəfəs alıblar. Linkolnşir polisi hadisə bağlı araşdırma başlatmayacaqlarını və zəngin "xeyirxah niyyətlə" edildiyini açıqlayıblar.
Aygün
Manşet.az