Polşada ağciyər xəstəliyinin bir növü olan legioner xəstəliyinə səbəb olan legionella bakteriyasından ölənlərin sayı 22-yə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki Rzeşov şəhərində epidemiya ilə bağlı araşdırmalar davam edir.
Ölümcül bakteriyadan ölən sonuncu şəxs 74 yaşlı qadın olub.
Epidemiya başlayandan bəri legionella bakteriyasına yoluxmuş ən azı 160 nəfər ölkənin müxtəlif xəstəxanalarında müalicə olunur.
Qripə bənzər simptomlarla başlayan və pnevmoniyaya qədər davam edən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına, həmçinin, ölümə səbəb ola bilər.
Aygün
Manşet.az