Rusiya büdcəsində bu ilin 8 ayında 2,3 trilyon rubl və ya 23,5 milyard dollar kəsir yaranıb.
Manset.az xarici mediaya istnadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ilin ilk 8 ayında ölkənin büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 17 trilyon rubla düşüb.
Sözügedən dövrdə büdcə xərcləri 12 faiz artaraq 19,3 trilyon rubla çatıb, büdcədə isə 2,3 trilyon rubl kəsir yaranıb.
Ölkənin neft və təbii qaz gəlirləri bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz azalaraq 4,8 trilyon rubl olduğu halda, qeyri-neft və təbii qaz gəlirləri 24,2 faiz artaraq 12,1 trilyon rubl olub.
Rusiyanın baş naziri Mixail Mişustin Rusiya iqtisadiyyatının çətin şərtlərə uyğunlaşmağa başladığını və avqust ayında büdcədə 230 milyard rubl profisit yarandığını bildirib.
Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, ilin sonuna qədər ölkənin 2,9 trilyon rubl büdcə kəsiri olacağı gözlənilir.
Aygün
Manşet.az