Ərdoğan Hindistanda - FOTO

20:26 - 08 Sentyabr 2023

Ərdoğan Hindistanda - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda səfərdədir.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan sabah Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammitinə qatılacaq.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az