Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçdi - YENİLƏNDİ (VİDEO)

17:34 - 09 Sentyabr 2023

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçdi - YENİLƏNDİ (VİDEO)

Mərakeşdə zəlzələdə ölənləri sayı 1000-i keçib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, zəlzələdə 1037 nəfər həyatını itirib.

Məlumata görə, 1204 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

Xatırladaq ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

***

Ölənlərin sayı 296 nəfərə yüksəlib.

Manset.az xəbər verir ki, təbii fəlakət nəticəsində 153 nəfərin xəsarət aldığı da bildirilir.

Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib.

***

Baş verən güclü zəlzələ nəticəsində azı 93 nəfər həlak olub.

Manset.az xəbər verir ki, onlardan 73-ü Mərakeş yaxınlığındakı Əl-Həuz əyalətində ölüb

***

Meksikada 5,6 maqnitudalı zəlzələ baş verib.

Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 130 min nəfər əhalisi olan Mansanilyo şəhərindən 80 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az