Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı

09:48 - 09 Sentyabr 2023

Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı

Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar çıxış edən prezident Emmanuel Makronu fitə basıblar.


Manset.az Report-a istinadən xəbər verir ki, mərasimdə öncə Dünya Reqbi Prezidenti Bill Bomont çıxış edib. Daha sonra kürsüyə Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fit basıblar.

Yalnız onun bütün çempionat iştirakçılarını və Fransa millisini dəstəkləməyə çağırışından sonra tribunalarda olanlar fit çalmağı dayandırıblar.

“AFP” agentliyi öz növbəsində qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına fit və təhqirlər eşidilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az