Ukrayna da Qarabağdakı “seçkiləri” pislədi

16:55 - 09 Sentyabr 2023

Ukrayna da Qarabağdakı “seçkiləri” pislədi

Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəyanat Ukrayna XİN-nin saytında yerləşdirilib.

Qeyd edilib ki, bu qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və nəticələri etibarsızdır:

“Ukrayna bir daha Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir”.

Qeyd edək ki, Samvel Şahramanyan bu gün Qarabağdakı erməni seperatçıların yeni başçısı olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az