İran rəsmi olaraq açıqladı - Dünyanın 4 ölkəsində yerləşir

10:32 - 11 Sentyabr 2023

İran rəsmi olaraq açıqladı - Dünyanın 4 ölkəsində yerləşir

İran yeni nəsil hipersəs ballistik raketlər üzərində işlədiyini və mövcud hipersəs raketlərini modernləşdirəcəklərini bildirib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran İran İnqilabı Keşikçiləri Korpusunun fövqəladə hallara cavabdeh müavini Abbas Nilfuruşan məlumat verib.

Nilfuruşan bildirib ki, yeni nəsil hipersəs ballistik raketləri inkişaf etdiririk. Bu gün 2 min kilometr uçuş məsafəsinə malik “Fəttah” hipersəs raketi kimi raketlərimizin keyfiyyətini və imkanlarını artırmağı hədəfləyirik.  

İran ilk yerli istehsal hipersəs ballistik raketini 2022-ci ildə hazırlayıb. Ötən ilin iyununda keçirilən silah sərgisi zamanı isə Fəttah adlı bu raketi təqdim edib.

Qeyd edək ki, İran hipersəs silahlarına sahib olan dördüncü ölkədir. Hipersəs silahlarına sahib olan digər ölkələrə Rusiya, Çin və ABŞ daxildir.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az