Vergi Mütəxəssisi Ozan Bingöl "Kim Milyoner Olmaq İster" yarışmasında 1 milyon TL ( 63 255 ) qazanan Rabia Birsen Göğercinin vergi tutulmalarından sonra nə qədər mükafat alacağı ilə bağlı paylaşım edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, vergi mütəxəssisi Ozan Bingöl müsabiqədən sonra sosial media “X” hesabında verdiyi açıqlamada Göğercinin vergi tutulmasından sonra 804 min 677 TL alacağını bildirib.
Vergi eksperti paylaşımında qeyd edib ki, bugünkü yarışmada 1 milyon lirəlik suala düzgün cavab verən iştirakçı xalis [1.000.000 - ((1.000.000 TL - 23.387 TL istisna) x 20% Köçürmə vergisi endirimi) = ] 804.677 TL ( 50 900 manat ) qazanacaq.
Qeyd edək ki, simpatik rəftarı və uğurlu performansı ilə marağa səbəb olan 24 yaşlı Rabia Birsen Göğercin ötən həftə Kim Milyoner Olmaq İster proqramının qonağı olub. O, 1 milyon TL-lik suala cavab vermək haqqı qazanıb və dünən sualı cavablandıraraq böyük mükafatı qazanıb.
.jpeg)
.jpeg)
Aygün
Manşet.az