Şimali Koreya lideri Putinlə görüş üçün xüsusi qatara mindi: Təhlükəli görüş

17:02 - 11 Sentyabr 2023

Şimali Koreya lideri Putinlə görüş üçün xüsusi qatara mindi: Təhlükəli görüş

Son zamanlar qərb ölkələrinin sanksiyalarına məruz qalan Rusiya və Şimali Koreya liderlərinin görüşəcəyi açıqlanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, mənbələr nadir hallarda beynəlxalq səfərlər edən Kim Çen Inın Rusiyaya səfəri üçün hazırlanmış xüsusi zirehli qatara mindiyini bildirib.

Rusiyanın "İnterfaks" xəbər agentliyi bildirib ki, Kreml ötən gün Putinin Rusiyanın şərqindəki Vladivostoka gedəcəyini açıqlasa da, Kim Çen Inla görüşlə bağlı heç bir təfərrüat paylaşmayıb.

Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən nadir ölkələrdən biri olan Şimali Koreya ilə Rusiyanın bir sıra müqavilələr bağlayacağı gözlənilir.

Cənubi Koreya mətbuatı Kim Çen Inın bazar günü Pxenyanı tərk etdiyini və çərşənbə axşamı Putinlə görüşəcəyini iddia edib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az