"Qualcomm" daha 3 il ərzində "Apple"a çiplər təqdim edəcək

18:27 - 11 Sentyabr 2023

\"Qualcomm\" daha 3 il ərzində \"Apple\"a  çiplər təqdim edəcək

2026-cı ilə qədər "Apple" ilə smartfonlar üçün 5G çiplərinin tədarükü barədə razılığa gəlinib

 

Manset.az xarici  KİV-ə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın çip istehsalçısı Qualcomm məlumat yayıb.

"Qualcomm" tərəfindən verilən məlumata görə, 2024, 2025 və 2026-cı illərdə buraxılacaq smartfonlar üçün 5G çip sistemlərinin tədarükü üçün "Apple" ilə müqavilə imzalanıb.

Sözügedən müqavilənin "Apple" ilə əvvəlki razılaşma ilə oxşar şərtlərə malik olduğunu xatırladaraq, razılaşmanın "Qualcomm"-un 5G texnologiyaları və məhsullarında davamlı liderlik mövzusunda keçmiş performansını gücləndirdiyi vurğulanıb.

"Qualcomm"-un 2019-cu ildə "Apple" ilə imzaladığı çip tədarükü müqaviləsi bu il başa çatıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az