2026-cı ilə qədər "Apple" ilə smartfonlar üçün 5G çiplərinin tədarükü barədə razılığa gəlinib
Manset.az xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə ABŞ-ın çip istehsalçısı Qualcomm məlumat yayıb.
"Qualcomm" tərəfindən verilən məlumata görə, 2024, 2025 və 2026-cı illərdə buraxılacaq smartfonlar üçün 5G çip sistemlərinin tədarükü üçün "Apple" ilə müqavilə imzalanıb.
Sözügedən müqavilənin "Apple" ilə əvvəlki razılaşma ilə oxşar şərtlərə malik olduğunu xatırladaraq, razılaşmanın "Qualcomm"-un 5G texnologiyaları və məhsullarında davamlı liderlik mövzusunda keçmiş performansını gücləndirdiyi vurğulanıb.
"Qualcomm"-un 2019-cu ildə "Apple" ilə imzaladığı çip tədarükü müqaviləsi bu il başa çatıb.
Jalə
Manşet.az