Qanada karxana partlayışı: 4 nəfər öldü

19:27 - 11 Sentyabr 2023

Qanada karxana partlayışı: 4 nəfər öldü

Qərbi Afrika ölkələrindən biri olan Qananın Qərb əyalətində Çinin karxanasında partlayış baş verib.

 

Manset.az  xarici  KİV-ə istinadla xəbər verir ki, bu barədə Qana Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NADMO) rəsmisi Emmanuel Nyan açıqlama yayıb.

Emmanuel Nyan yerli televiziya kanalı Citi News-a verdiyi açıqlamada bildirib ki,  partlayış nəticəsində 1-i çinli olmaqla 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını,  bəzi insanlardan xəbər yoxdu.

Həmçinin Emmanuel Nyan qeyd edib ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib və axtarış-xilasetmə işləri davam edir.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az