Qərbi Afrika ölkələrindən biri olan Qananın Qərb əyalətində Çinin karxanasında partlayış baş verib.
Manset.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Qana Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NADMO) rəsmisi Emmanuel Nyan açıqlama yayıb.
Emmanuel Nyan yerli televiziya kanalı Citi News-a verdiyi açıqlamada bildirib ki, partlayış nəticəsində 1-i çinli olmaqla 4 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını, bəzi insanlardan xəbər yoxdu.
Həmçinin Emmanuel Nyan qeyd edib ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib və axtarış-xilasetmə işləri davam edir.
Jalə
Manşet.az