"Daniel" qasırğası Liviyada 150 nəfərin ölümünə səbəb oldu

20:50 - 11 Sentyabr 2023

\"Daniel\" qasırğası Liviyada 150 nəfərin ölümünə səbəb oldu

Yunanıstanda 15 nəfərin ölümünə səbəb olan "Daniel" fırtınası həftə sonu Liviyada təsirini göstərməyə başlayıb.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, Fövqəladə vəziyyət elan edilən Derna, Benqazi, Sus və Əl-Mərc bölgələrində fırtınanın yaratdığı leysan yağışları daşqınlara səbəb olub.

Həmçinin ölkənin qərbində yerləşən Misrata şəhəri də seldən təslim olub.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə  ölkənin şərqində baş verən daşqınlar nəticəsində ən azı 150 nəfərin həyatını itirdiyi bildirilib.

Xilasetmə işlərində iştirak edən 7 əsgərin itkin düşdüyü bildirilib.

Qeyd edək ki, daşqın bölgəsində komendant saatı elan edilərkən, məktəblər, iş yerləri və 4 böyük neft limanı da bağlanıb.

Fırtınanın Misirdə bu gündən etibarən təsirli olacağı gözlənilir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az