Meksikanın Çiapas əyalətində yerləşən 33 metrlik Hz. İsa heykəlini ildırım vurub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ildırımın vurduğu heykəl tamamilə yanaraq qısa müddətdə külə dönüb. Həmin anlar kameraya düşüb.
"Balıqçı İsa" mənasını verən "El Cristo Pescador" adlı heykəl 2014-cü ildə Perulu sənətkar Pedro Viktor Cuya Ramos tərəfindən hazırlanıb.
Digər tərəfdən, ildırım vurması nəticəsində külə dönən heykəlin tikintisində yanıcı fiberglas və qatrandan istifadə edildiyi öyrənilib.
Aygün
Manşet.az