Elektriklə işləyən avtomobil yandı

16:29 - 12 Sentyabr 2023

Elektriklə işləyən avtomobil yandı

Avstraliyanın Sidney şəhərində hava limanının dayanacağında baş verən qəzada elektriklə işləyən avtomobil yanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, avtomobilin akkumulyatorunun yanması nəticəsində digər 4 avtomobil də yanıb.

Hadisəyə əyalətin yanğın-xilasetmə qrupları və hava limanının xilasetmə qrupları müdaxilə edib.

Qruplar yanğının dayanacaqdakı lüks avtomobildən çıxarılaraq altında qalan litium-ion batareyasının alışması nəticəsində baş verdiyini müəyyən ediblər.

Yanğına səbəb olan akkumulyatorun avtomobildən hansı səbəbdən çıxarıldığı hələlik məlum deyil.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az