Türkiyənin İzmir şəhərində aparılan əməliyyat nəticəsində FETÖ terror təşkilatının üzvü olmaqda şübhəli bilinən 8 nəfər həbs edilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, şübhəlilərdən 1-i güzəştli şərtlərlə sərbəst buraxılıb.
Qeyd edək ki, sentyabrın 6-da ölkənin hüquq-mühafizə orqanları tərəfindən 9 nəfərə qarşı əməliyat keçirmişdi. Nəticədə nəticəsində şübhəli şəxslər saxlanılmışdı.