İngiltərədə 35 yaşlı Şakira Spenser adlı qadın sevgilisi və yaxın dostları tərəfindən əsir edilib, işgəncələrə məruz qalıb və öldürülüb.
Manset.az xarici mediaya istnadən xəbər verir ki, qadının cəsədi çürümüş halda tapılıb. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb və prokurorluq 3 şübhəlinin iddiaları rədd etdiyini bildirib.
Məhkəmə sənədlərinə görə qadın üç kişi tərəfindən işgəncələrə məruz qalıb, ac qalıb və döyülərək öldürülüb. Spenserin ölümünə səbəb olan vəhşiliyi onun keçmiş qonşusu Ashana Studholme (38), Studholme-nin sevgilisi Shaun Pendlebury (26) və dostu Lisa Richardson (44) törədib.
Spenserin cəsədi Londonda qonşunun mənzilində qurdlar peyda olduqdan sonra aşkar edilib.
Məhkəmədə Spenserə necə işgəncə verildiyinə dair dəhşətli təfərrüatlar da ortaya çıxıb. Şübhəlilər Spenserdən evlərini təmizləmək və iş görmək üçün qul kimi istifadə edib. İddialara görə, Spenser avtomobilin baqajına qoyularaq evə aparılıb və dəhlizdəki şkafda kilidlənib. Qadının bədəninin pis vəziyyətdə olması səbəbindən onun necə öldüyünü dəqiq müəyyən etmək çətin olub. Bədəninin parçalanmasının qarşısını almaq üçün ətrafına buz parçaları qoyulub.
Bu dəhşətli qətlin müttəhimləri cəsədi daşımaq riskinə gedə bilmədiklərinə görə onu tərk ediblər.
Aygün
Manşet.az