Yunanıstanda günlərlə davam edən yanğın, ardınca baş verən seldən sonra indi də epidemiya həyəcanı verilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Səhiyyə Nazirliyi ölkənin daşqından zərər çəkmiş rayonlarında epidemik həyəcan ilə bağlı xəbərdarlıq edib.
Təbii fəlakətin vurduğu yerlərdə zərərvericilərin və gəmiricilərin sayında artım olduğu və bunun ciddi epidemiya xəstəliklərinə yol açdığı vurğulanıb. Ağcaqanadlardan keçən Qərbi Nil Virusuna yoluxma hallarında da artım ola biləcəyi qeyd edilib. Kran suyundan istifadə olunmaması tövsiyə olunub.
Sel nəticəsində tələf olan heyvanların sağlamlıq üçün təhlükə yaratdığı bildirilib. Ölkədə hərarət, öskürək, baş ağrısı və ishal halları müşahidə olunmağa başlayıb.
Aygün
Manşet.az