Mərakeş baş verən zəlzələdən sonra Əlcəzairin "təcili humanitar yardım" təklifini rədd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyindən açıqlama yayıb.
Açıqlamada bildirilir ki, Mərakeş Krallığından Əlcəzairin təklif etdiyi humanitar yardıma ehtiyacı olmadığı ilə bağlı rəsmi cavab verilib.
Əlcəzair Xarici İşlər Nazirliyi tərəfindən sentyabrın 10-da edilən yazılı açıqlamada qeyd olunub ki, Əlcəzair Rabatın qəbul edəcəyi təqdirdə Mərakeş Krallığına təcili logistik və maddi yardım planı təklif edir.
Mərakeş Ədliyyə Naziri Əbdüllatif Vehbi isə dünən Əlcəzairin yardım təklifinin Mərakeş Xarici İşlər Nazirliyinin koordinasiyasında qəbul edilə biləcəyini, Əlcəzairin də tibbi avadanlıq, çadır, ədyal və çarpayı kimi humanitar yardımlarla yanaşı 3 xidmət təmin etdiyini vurğulayıb.
Jalə
Manşet.az