Su-24 qırıcısı qəzaya uğradı

22:31 - 12 Sentyabr 2023

Su-24 qırıcısı qəzaya uğradı

Rusiya ordusuna məxsus Su-24 qırıcısı qəzaya uğrayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Bildirilir ki, qəza Volqoqrad vilayətinin Kalaçevski rayonunun Loşki kəndindən 5 km aralıda baş verib.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi qeyd olunur.

"Hazırda əməliyyat-axtarış tədbirləri aparılır, adamları axtarırlar”, - məlumatda bildirilir.

Nəşrin məlumatına görə, təyyarə havaya qalxdıqdan az sonra radarlardan itib. Pilotların sağ olub-olmadığı məlum deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az