Putin Kim Çen Inla görüşdü

09:30 - 13 Sentyabr 2023

Putin Kim Çen Inla görüşdü

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Amur vilayətində “Vostoçnıy” kosmodromunda görüşüblər.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iki lider arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar gözlənilir. 

Kremlin rəsmi sözçüsü Dmitri Peskovun daha əvvəl verdiyi açıqlamaya görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq, eləcə də regional və beynəlxalq məsələlər müzakirə ediləcək. 

Qeyd edək ki, Şimali Koreya lideri Putinin dəvəti ilə sentyabrın 12-si Rusiyaya səfər edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az