Çində keçmiş xarici işlər nazirindən sonra bu dəfə müdafiə nazirindən xəbər yoxdur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin müdafiə naziri Li Şanfu 15 gündür itkin düşüb.
Li sonuncu dəfə avqustun 29-da Pekində keçirilən forumda çıxış edib.
Çinli nazir bundan sonra heç bir tədbirə qatılmayıb və ictimaiyyət arasında görünməyib.
Məsələ ilə bağlı Pekin administrasiyasından hələlik rəsmi açıqlama verilməyib.
15 gündür xəbər alınmayan nazir Linin həbsdə ola biləcəyi iddia edilir.
Qeyd edek ki, Li Şanfu mart ayında müdafiə naziri təyin edilib. Nazir Rusiyadan raket sistemləri aldığına görə ABŞ-ın sanksiyalar siyahısındadır. Li-nin qəfil yoxa çıxması ağıllara keçmiş xarici işlər naziri Çin Ganqı gətirib. Bir aydır itkin düşən Çin Qanq daha sonra nazir vəzifəsindən uzaqlaşdırılıb. Ölkənin keçmiş xarici işlər nazirinin harada olduğu və nə üçün işdən çıxarıldığı hələ də qaranlıq qalır.
Aygün
Manşet.az