İtaliyanın cənubundakı Lampeduza adasına ötən gün gələn nizamsız immiqrantların sayı 5 min 112 olaraq qeyd edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gəlişlər əsasən gecə yarısından sonra davam edib.
Hazırda adada 6 min 792 qeyri-qanuni immiqrantın olduğu və immiqrantların gəlişinin davam etdiyi bildirilib. Adadakı mühacir sıxlığını idarə etmək üçün yerli hakimiyyət orqanlarının mühacirləri Adadan materikə təxliyyə etməyə çalışdığı vurğulanıb.
Lampeduza Bələdiyyə Başçısı Filippo Mannino adanın 24 saat ərzində eniş dalğasına məruz qaldığını və bu "şok dalğasına" tab gətirə bilməyəcəyini bildirib.
Aygün
Manşet.az