Ötən ay təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Vaqner lideri Yevgeni Priqojinin 17 il əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buşa içki təqdim edərkən çəkilmiş fotosu ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yalta Avropa Strategiya Konfransında çıxış edən keçmiş ABŞ prezidenti Corc Buşa “Priqojinin ölümü sizi şoka salıbmı?” sualı verilib.
Buş jurnalistin sualına belə cavab verib:
“Xeyr, məni şoka salan ötən gün Sankt-Peterburqda G8 sammitində mənə yemək verənin Priqojin olduğunu anladığım bir fotoşəkli görməyim idi”.
Daha sonra Buş Priqojini şəxsən tanımadığını bildirib. Keçmiş ABŞ prezidenti çıxışını bu cümlə ilə sonlandırıb:
"Bildiyim tək şey sağ qalmağımdır."
Aygün
Manşet.az