Gəlinlik paltarında moda nümayişi izlədi

15:58 - 13 Sentyabr 2023

Gəlinlik paltarında moda nümayişi izlədi

Amerikalı aktrisa və model Culiya Foks tamaşaçı kimi qatıldığı Nyu York Moda Həftəsi dəfiləsindəki qeyri-adi geyimi ilə gündəm olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Foks moda nümayişində ağ mini gəlinliyin üzərinə uzun və göz alıcı duvaq geyinib.  

Məşhurların əyləşdiyi ön sıralarda yer alan aktrisanın geyimi diqqət mərkəzində olub.

Qeyd edək ki, 33 yaşlı "Uncut Gems" kino ulduzu Kanye Uestlə cəmi bir ay yarım davam edən münasibətindən sonra daha da tanınıb.

Aygün

Manşet.az  


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az