Fransada iPhone 12 model telefonların satışı qadağan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın Rəqəmsallaşma və Telekommunikasiya naziri Jean-Noel Barrot iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını aşdığını və növbəti xəbərdarlığa qədər satışın dayandırıldığını açıqlayıb.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən “ANFR” 141 telefon modeli üzərində edilən araşdırmada iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu sübut olunub.
Aygün
Manşet.az