Avstraliya Xarici İşlər Nazirliyi Məhsa Əmininin (keçən il “Əxlaq” polisi tərəfəindən hicab bəhanəsi ilə öldürülən 22 yaşlı gənc qız) birinci ildönümündə İranın bır sıra rəsmi qurumlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyalar siyasında 4 şəxsin və 3 qurumun adı yer alıb. Belə ki, siyahıda İranın Teleradio və Yayım Təçkilatının jurnalistləri Əli Rizvani və Əminə Səadət Zəbihpur, eləcə də Polis Qüvvələrinin rəisi Vəhid Məcid və sözçüsü Səid Müntəzir Əl-Mehdinin adları qeyd edilib.
Sanksiya tətbiq edilən qurumlar siyasında isə Teleradio və Yayım Təşkilatına bağlı “Press TV” televiziya kanalı və “Əbər Ərvan” Cəmiyyəti yer alıb.
Aygün
Manşet.az