İranda Bircənd şəhər həbsxanasında üç məhbus dar ağacından asılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatı xəbər verib.
Məlumata görə, edam edilən məhkumlar narkotik cinayətlərində təqsirli biliniblər.
Qeyd edək ki, İranda həyata keçirilən edamların 75%-dən çoxu barədə hökumət və ya məhkəmə orqanları tərəfindən məlumat verilmir və insan haqları təşkilatları bu halları gizli edam adlandırır.
Aygün
Manşet.az