Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda mədəndə çökmə baş verib.
Manset.az BAKU.WS-ə istinadən verdiyi məlumata görə, 4 nəfərin olduğu bir ərazidə çökmə olub.
Mədəndə 280 nəfər olub, 4 nəfər dağıntılar altında qalıb:
"Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.
Ardınca, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə çökmə nəticəsində bir mədənçinin dünyasını dəyişdiyini açıqlayıb.