Hindistanın Kerala əyaləti nadir və ölümcül beyinə zərər verən Nipah virusunu nəzarət altına almaq üçün çərşənbə günü bəzi məktəbləri, ofisləri bağlayıb, ictimai nəqliyyatı qadağan edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 2 insanın ölümünə səbəb olan virus yoluxmuş yarasaların, donuzların və ya insanların bədən mayeləri ilə birbaşa təmas zamanı yayılır.
Nipah virusu ilk dəfə 1999-cu ildə Malayziya və Sinqapurda donuz fermerləri və digər heyvanlarla yaxın təmasda olan insanlar arasında yayılan xəstəlik zamanı aşkar edilib. Keralada ilk Nipah epidemiyasında, yoluxmuş 23 nəfərdən 21-i ölüb. 2019 və 2021-ci illərdə baş verən epidemiyalar isə daha 2 nəfərin həyatına son qoyub.
Aygün
Manşet.az