Avqustun 31-də ABŞ-ın Pensilvaniya ştatında həbsxanadan qaçan Braziliya əsilli Danelo Kavalkante tutulub.
Manset.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya əyalət polisindən verilən açıqlamada həbsxanadan qaçan 34 yaşlı Kavalkantenin 14-cü gündə tutulduğu bildirilib.
Açıqlamada hadisənin təfərrüatlarının yerli vaxtla 09.30-da keçiriləcək mətbuat şərhi ilə paylaşılacağı açıqlanıb.
Qeyd edək ki, 2021-ci ilin aprelində keçmiş sevgilisini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən Kavalkante avqustun 31-də Pensilvaniya ştatının Çester şəhərindəki həbsxanadan qaçmışdı.
Jalə
Manşet.az