Həbsxanadan qaçan məhbus yaxalandı - FOTO

18:07 - 13 Sentyabr 2023

Həbsxanadan qaçan məhbus yaxalandı - FOTO

Avqustun 31-də ABŞ-ın Pensilvaniya ştatında həbsxanadan qaçan Braziliya əsilli Danelo Kavalkante tutulub.

 

Manset.az xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın Pensilvaniya əyalət polisindən verilən açıqlamada həbsxanadan qaçan 34 yaşlı Kavalkantenin 14-cü gündə tutulduğu bildirilib.

Açıqlamada hadisənin təfərrüatlarının yerli vaxtla 09.30-da keçiriləcək mətbuat şərhi ilə paylaşılacağı açıqlanıb.

Qeyd edək ki, 2021-ci ilin aprelində keçmiş sevgilisini qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilən Kavalkante avqustun 31-də Pensilvaniya ştatının Çester şəhərindəki həbsxanadan qaçmışdı.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az