"Vaqner" Ermənistandadır? - Paşinyan cavab verir

19:52 - 13 Sentyabr 2023

\"Vaqner\" Ermənistandadır? - Paşinyan cavab verir

Paşinyan “Vaqner” muzdlularının Ermənistanda olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

"Ermənistanın hüquq-mühafizə orqanları KİV-də gedən yazılara cavab verməyə borcludurlar. Bildiyimə görə, bu, cinayət-prosessual məcəllənin normasıdır. Bu xəbərlər teleqram kanallarında dərc olunub və Milli Təhlükəsizlik Xidməti öz səlahiyyətləri çərçivəsində məlumatı yoxlayır", - Paşinyan bildirib.

Ermənistanda Rusiyanın təşəbbüsü ilə baş verə biləcək inqilabla bağlı Paşinyanın hər hansı narahatlığının olub-olmaması ilə bağlı suala cavab olaraq baş nazir qeyd edib ki, bunu yalnız Ermənistan xalqı həyata keçirə bilər və onlar artıq bunu ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az