Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 946 nəfərə çatıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində azı 5 674 nəfər xəsarət alıb.
Ən çox qurbanların sayı Əl-Hauz (1684) və Tarudant (980) əyalətlərində qeydə alınıb.
Xatırladaq ki, Xatırladaq ki, sentyabrın 8-də Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub. Ölkədə 3 günlük matəm elan edilib.