Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

17:15 - 14 Sentyabr 2023

Rusiya ABŞ səfirliyinin 2 əməkdaşını ölkədən çıxarır

Rusiya ABŞ-nin Moskvadakı səfirliyinin iki əməkdaşını “persona non grata” (“arzuolunmaz şəxs”) elan edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən şəxslər səfirliyin birinci və ikinci katibləridir. 

Onlar 7 sutka ərzində Rusiyanı tərk etməlidirlər. 

“ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın daxili işlərinə müdaxiləsi yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, ABŞ-nin ölkədəki səfiri Linn Treysi məsələ ilə bağlı Rusiya XİN-ə çağırılıb və etiraz notası verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az