Onlayn mobil telefon sifariş etdi – Şok yaşadı

17:18 - 14 Sentyabr 2023

Onlayn mobil telefon sifariş etdi – Şok yaşadı

Manisada qızına hədiyyə etmək üçün internet vasitəsilə ikinci əl mobil telefon sifariş verən Osman Özer adlı vətəndaşa göndərilən qutudan sifariş verdiyi telefon əvəzinə 5 min TL-yə aldığı telefon üzlüyü çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 7-də 2 min TL göndərən Özer satıcının karqo izləmə nömrəsini göndərməsindən sonra pulun qalan hissəsini də göndərib. Sifarişinin səhv gəldiyini düşünən mobil telefonu sifariş etdiyi satıcı A.K.-ya zəng edib. Lakin əlaqə saxlamaq mümkün olmayıb. Aldadıldığını anlayan Özer polisə gedərək A.K-dan şikayət edib.

Osman Özer lazım olanın edilməsini və aldadan şəxsin tutulmasını istəyib. Bildirib ki, mən qurbanam. Övladlarımın ruzisini aldılar. Telefonu orta məktəbə gedən övladım üçün almışdım. Duyğularım və qürurumla oynadılar.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az