Ukrayna Qarabağdakı erməni separatçılarının sabiq başçısı Araik Harutyunyanın adını Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salıb.
Manset.az xəbər verir ki, onun adı “Mirotvorets” (Sülhməramlı) resursuna daxil edilib.
Onun Rusiya tərəfindən Ukraynanın bəzi regionlarının ilhaq olunmasını alqışladığı üçün bu siyahıya daxil edildiyi bildirilir.