Almaniya qondarma "seçkiləri" TANIMIR

23:20 - 14 Sentyabr 2023

Almaniya qondarma \"seçkiləri\" TANIMIR

Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir", - bəyanatda deyilir.

Bəyanatda Almaniya hökumətinin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az